İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusunda “zirehli” yalan

Rusiya ordusuna 30 min ədəd zirehli gödəkçə və eyni sayda dəbilqə təhvil verməli olan “Piket” Sənaye Qrupunun üç rəhbər şəxsi məhkəməyə çıxarılır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sifariş dövlət müdafiə tapşırığı çərçivəsində həyata keçirilib.

Sifariş müqabilində şirkətə 4 milyard rubl (49 290 560 dollar), o cümlədən 2,4 milyard rubl (29 575 488 dollar) yalnız zirehli gödəkçələr üçün ödənilib.

Lakin sonradan məlum olub ki, “Piket”in hazırladığı və hər biri 80 min rubl dəyərində olan bu zirehli gödəkçələr texniki tapşırığa uyğun olaraq sinə və kürək hissəsində kevlar qəlpə əleyhinə qoruyucu modullar olmalı olduğu halda, əslində naməlum mənşəli metal lövhələrlə doldurulmuş sadə parça üzlüklərdən ibarətdir.

Şirkət rəhbərliyi bu saxtakarlığı gizlətmək məqsədilə guya məhsulların başqa bir müəssisədə və lazımi modullarla istehsal edildiyini göstərən saxta sənədlər əldə edib.

İstintaqın məlumatına görə, 2023-cü ilin fevral-aprel aylarında “Piket” həmin yararsız zirehli gödəkçələri Moskva vilayətinin Serpuxov şəhərindəki hərbi anbara göndərib. Hərbçilər isə “aldadılmış vəziyyətdə” qəbul aktlarına imza atıblar.

Cinayət işində adı keçən üç nəfər – Andrey Yesipov, Viktoriya Antonova və Mixail Kalçenko günahlarını etiraf ediblər və onların işi xüsusi qaydada araşdırılacaq.

Hazırda istintaq anbar işçilərinin yararsız məhsulu qəbul etdiklərinə görə rüşvət alıb-almadığını da araşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR