Onlayn ictimai-siyasi qəzet
Rusiya qüvvələri “Shahed” kamikadze dronlarını təkmilləşdirməyə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri idarəsinin kommunikasiya rəisi Yuri İhnat məlumat verib.
Onun sözlərinə görə, indiki tətbiq üsulu ilə “Shahed”lər, xüsusilə kütləvi buraxılış zamanı Ukraynanın hava hücumundan müdafiəsi üçün ciddi problem yaradır:
“Ruslar pilotsuz uçuş aparatlarını əlavə radioelektron mübarizə əleyhinə vasitələrlə təchiz edirlər. Bu hələ geniş yayılmış bir hal deyil, amma zaman-zaman belə üsullardan istifadə edirlər,” – deyə İhnat bildirib.
O həmçinin qeyd edib ki, bəzən bu dronlarda kamera aşkar olunub:
“Bu halda "Shahed" faktiki olaraq kəşfiyyat funksiyası da yerinə yetirirdi. Əgər ona sim-kart quraşdırılıbsa, hətta real vaxt rejimində idarə edilə bilərdi. Hər bir hava hücumu vasitəsinin müəyyən faydalı yükü ola bilər – ona daha az yanacaq doldurmaq, döyüş başlığını çıxarıb başqa avadanlıq yerləşdirmək mümkündür. Təbii ki, düşmən bu texnologiyaları inkişaf etdirməyə çalışacaq”.
İhnat əlavə edib ki, belə modernləşdirmələr ucuz başa gəlmir və onları bütün dronlarda tətbiq etmək ehtimalı azdır. Lakin Rusiya ordusu bu istiqamətdə ardıcıl addımlar atmağa çalışır.
Musavat.com
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ