Onlayn ictimai-siyasi qəzet
“Mən KTMT-nin Qırğızıstandakı toplantısına da, Ermənistanın ora getməməməsinə də, ümumiyyətlə, bu qurumun özünə də ciddi yanaşmıram. Bu KTMT Rusiyaya 9 May paradındakı kimi yanında yandaşlarının olduğunu göstərmək üçün lazımdır”.
Deputat Sahib Alıyev bu fikirləri Musavat.com-a açıqlamasında söyləyib. KTMT ilə rəsmi İrəvanın münasibətləri barədə danışan deputat ardınca bildirib:
“Baxın, əgər KTMT işlək qurumdursa, o qurunun aparıcı üzvü Rusiyaya Ukraynada guya bütün NATO-ya qarşı savaş apardığını deyir, bəs müttəfiqləri hardadır? Niyə onunla birgə savaşmırlar? Və bu nə müttəfiqlikdir ki, həmən Rusiyanın ayrı-ayrı rəsmiləri KTMT- üzvlərindən bəzilərini hədələyirlər ki, Ukraynadan sonra növbə onlara çatacaq”.
Ermənistanın KTMT-nin toplantısına qatılmamasına gəldikdə, S.Alıyev bir məqamı xatırlatdı: “Ermənistan həmən qurumun yeganə üzvüdür ki, sərhəddini hələ də Rusiya qoruyur. Rusiyanın 102-ci hərbi bazası Ermənistandadır. Bir sözlə, hayların KTMT-nin toplantısına qatılıb-qatılmamaları Rusiya üçün heç nəyi dəyişmir və bu, ancaq gözə kül üfürməyə xidmət edir. Bu, Ermənistana və qərbdəki bəlli çevrələrə, elə Rusiyanın özünə də qərb cəmiyyətin başını aldatmaq üçün lazımdır. Bu regionda sülh istəməyənlər Ermənistanı dəstəkləmək üçün nəyəsə istinad etməlidirlər, ya yox?
Bax, bu cür faktlara istinad edilər ki, guya Ermənistan Rusiyanın təsir dairəsindən uzaqlaşır, onlar da buna görə onu dəstəkləyirlər. Bu dəstək hayları revanşizmə həvəsləndirdiyindən, regionda sülhün yaranmasına maneçilik törətdiyindən Rusiya da üzdə Ermənistanın KTMT-ni boykotundan narazılığını bildirsə də, Ukraynada savaş bilməyənədək buna "dözəcək". Əgər Ermənistanın KTMT-nin toplantısına qatılmaması, yaxud da üzvülük haqqı ödəməsi Rusiya üçün prinsipial əhəmiyyət daşısaydı, Paşinyanı necə parada apartdırmışdısa, onu və komandasındakıları o cür həmən toplantılarda oturtdurardı”.
E.Paşasoy,
Musavat.com
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ