Onlayn ictimai-siyasi qəzet
Rusiya və Azərbaycan arasında yaranmış gərginliklə bağlı mübahisəli məsələlər Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin və Azərbaycanın baş prokuroru səviyyəsində müzakirə olunur.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
O həmçinin qeyd edib ki, Rusiya heç vaxt Azərbaycana qarşı təhdid etməyib və gələcəkdə də bu cür niyyəti yoxdur.
Kreml sözçüsü Ukraynanın Moskva-Bakı münasibətlərini pozmağa yönəlmiş fəaliyyətlərinə də toxunub. Onun fikrincə, Kiyev gərginliyi qızışdırmaq və Azərbaycan tərəfini emosional addımlar atmağa təhrik etmək üçün bütün imkanlardan istifadə edir.
Peskov əlavə edib ki, Rusiya Azərbaycanda saxlanılan vətəndaşları ilə bağlı yayımlanan videokadrlara diqqətlə yanaşır və onların qanuni hüquqlarının müdafiəsi üçün bütün mümkün vasitələrə əl atacaq.
Musavat.com
03 Iyul 2025
02 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ