Onlayn ictimai-siyasi qəzet
Ermənistanın təhlükəsizliyini yalnız KTMT təmin edə bilər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu bəyanatın müəllifi RusiyaFederasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarovdur.
Qeyd edək ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinn“hər saniyə” KTMT-dən daha da uzaqlaşdığını deyib. Onun sözlərinə görə, əgər geri dönüş nöqtəsi hələ keçilməyibsə, bu, böyük ehtimalla baş verəcək.
Cabarovun sözlərinə görə, Rusiya Ermənistan ilə bütün fikir ayrılıqlarını həll etməyə çalışır.
“Prezidentimizin dediyi mövqeyə sadiqəm. KTMT-dən başqa, Ermənistanın kim təmin edə bilər”,-deyə rusyialı senator bildirib.
Cabarov ABŞ-ın İrəvan üçün yaxşı tərəfdaş ola biləcəyinə şübhə edib. O, Moskva əvəzinə Vaşinqtonla münasibətlər qurmağa çalışan Ukraynanı misal çəkib.
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ