İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Baş Prokurorluğu: Azərbaycan tərəfi ilə əlaqə saxlamışıq 

“Rusiya və Azərbaycanın Baş Prokurorluqları cari gündəm üzrə mütəmadi əlaqələr saxlayır, hər iki ölkə vətəndaşlarının hüquqlarının müdafiəsi prioritet məsələdir”.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a Rusiya Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. Qurumdan qeyd olunub ki, iki ölkənin baş prokurorluqları “mövcud gündəlik üzrə müntəzəm əlaqə saxlayır və vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı bütün zəruri qabaqlayıcı tədbirlərin görülməsi üçün tabelikdə olan əməkdaşlara tapşırıqlar verilib.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Xatırladaq ki, Azərbaycan Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranzitində, dövriyyəsində və kiberdələduzluqda bağlı keçirdiyi əməliyyat nəticəsində 8 Rusiya vətəndaşı saxlanılaraq həbs edilib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR