İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Kiyevə gecə hücumu: dəhşətli dağıntılar - 6 ölü, 13 yaralı - VİDEO

Musavat.com xəbər verir ki, Rusiya ordusunun iyunun 23-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə endirdiyi raket zərbələri nəticəsində azı 6 nəfər həlak olub.

Ukrayna Fövqəladə Hallar Xidmətinin yaydığı məlumata görə, raket hücumu Kiyevin Şevçenko rayonunda yaşayış binasını hədəf alıb. Zərbələrdən birinin binanın giriş hissəsinə birbaşa dəyməsi nəticəsində həmin hissə tamamilə dağılıb.

Rəsmi açıqlamaya əsasən, hücum nəticəsində daha 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu, son günlər Rusiya tərəfindən Kiyevə endirilən ən ağır itkilərlə nəticələnən hücumlardan biri sayılır. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR