Onlayn ictimai-siyasi qəzet
İran İsrailə qarşı raket hücumlarını yenidən intensivləşdirib.
Musavat.com xəbər verir ki, son məlumatlara görə, İsrailin şimal, cənub və mərkəz bölgələri bir neçə dalğa ilə raket atəşinə tutulub.
Raketlərdən bəziləri Təl-Əviv və Aşdod şəhərlərində partlayıb. İsrail Ordusu (ÇAXAL) ölkə üzrə əhaliyə küçəyə çıxmağı qadağan edib və fövqəladə vəziyyət elan olunub.
Hadisə regionda gərginliyin daha da artmasına səbəb olub. Hava hücumundan müdafiə sistemləri aktivləşdirilsə də, dağıntıların və yaralıların olub-olmadığı barədə rəsmi məlumat hələlik açıqlanmayıb.
Musavat.com
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ