İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın savaşdakı itkiləri bəlli oldu

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalına başladığı gündən bəri ən azı 115 857 rus hərbçisinin həlak olduğu müəyyən edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu məlumatı BBC-nin Rus xidməti, Mediazona və könüllülər qrupu açıq mənbələr əsasında hazırlayıb.

Ən çox itki könüllülər sırasındadır. Bu tendensiya xüsusilə ötən ilin payızından bəri davam edir, çünki Rusiya ordusunun itkilərini kompensasiya etməyin əsas yolu məhz könüllü cəlbi olaraq qalır.

Jurnalistlərin hesablamalarına görə, ən azı 240 nəfər 18 yaşında müqavilə imzalayıb və döyüşdə ölüb. Onlardan biri – Daniil Çistyakov Smolensk vilayətindəndir. O, cəbhəyə göndəriləndə cəmi 18 yaş 1 ay 27 günlük idi və cəbhədə cəmi bir neçə gün qaldıqdan sonra həlak olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR