Onlayn ictimai-siyasi qəzet
İsveçrədə qeyri-adi insident baş verib: bir vəkil Rusiyanın Bern şəhərindəki səfirliyinin konsulluq şöbəsinin qapısındakı lövhəyə tüpürdüyünə görə cəzalandırılıb.
Musavat.com xəbər verir ki, İsveçrə hakimiyyəti vəkili 6 900 frank (təxminən 8 300 ABŞ dolları) məbləğində cərimələyib.
Rəsmi məlumatda qeyd olunur ki, bu hərəkət diplomatik əraziyə hörmətsizlik və ictimai etik qaydaların pozulması kimi qiymətləndirilib.
Hadisə yerli mediada və ictimaiyyətdə rezonansa səbəb olub. Cərimələnən vəkilin adı açıqlanmasa da, onun bu hərəkəti siyasi motivli etiraz jesti kimi dəyərləndirilir.
Musavat.com
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ