Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Ukraynanın Çerniqov vilayətinə PUA hücumu nəticəsində iki nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Çerniqov Vilayət Dövlət Administrasiyasının rəhbəri Vyaçeslav Çausa istinadən xəbər verir.
Qeyd olunub ki, iyunun 22-si axşam Rusiya qüvvələri Çerniqov vilayətinin kəndlərindən birinə hücum edib. Zərbə "Lanset" tipli kamikadze dronları ilə endirilib.
Hücum nəticəsində iki nəfər həlak olub. Daha on nəfər yaralanıb, onlardan üçü uşaqdır.
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ