İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibkarla Bakı Baş Gömrük İdarəsi arasında QALMAQAL

“Lion Centre” MMC ilə Bakı Baş Gömrük İdarəsi arasında qalmaqal yaşanır.

Bu barədə Musavat.com-a müraciətində MMC-nin direktoru Ramil Aslanov deyib.

R. Aslanov iddia edir ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov tərəfindən onun sahibkarlıq fəaliyyətinə qəsdən maneələr yaradılır.

Sahibkar öz iddiasında bildirir:

“Hazırda 24.04.2025-ci il tarixli OKS2025000000062 saylı invoys üzrə 01251000204009 saylı gömrük bəyannaməsi və 10.02.2025-ci il tarixli PL658 invoys üzrə 01251000197015 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallarımın buraxılışı gecikdirilir. “Lion Centre” MMC-nin iflasa uğramasına dair haqsız tədbirlər həyata keçirilir.

Burada Bakı Baş Gömrük İdarəsinin mənə qarşı süni əngəl yaradılması faktı şər-böhtanlarla “Lion Centre” MMC-nə qarşı maneəçilik yaratmaqları açıq aşkar özünü əks etdirir və sübuta yetirir.

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov ilə birgə kampaniya tipli təzyiq formasına qoşulması açıq aşkar göz önündədir və bu da bir daha sübuta yetirilir. Belə ki, xeyli vaxt keçməsinə baxmayaraq ölkəyə idxal etdiyim mallar gömrükdən buraxılmır və qəsdən anbarda saxlanılaraq dəfələrlə sayım prosesi həyata keçirilib. Bu yolla uydurma əsassız qiymətlərlə mənə təzyiq edərək artıq pul ödəməyə məcbur edirlər. Həmçinin məhsulların sıradan çıxmasını, satış təsvirinin pozulması ilə mənim biznes nüfuzumu zədələməyi planlaşdırırlar”.

Qeyd edək ki, sahibkarla Gömrük Komitəsi arasında xeyli vaxtdır qalmaqal yaşanır. Bu məsələlərlə bağlı bir neçə gün əvvəl Gömrük Komitəsi rəsmi açıqlama yayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

BÜTÜN XƏBƏRLƏR