Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, “Bizim yolumuzla” hərəkatı çərçivəsində Erməni Apostol Kilsəsinin və milli dəyərlərin müdafiəsi ilə bağlı ayrıca işçi qrupu yaradılıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu qrupun qarşısında hansı əsas vəzifələrin dayandığı barədə isə həbsdə olan “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın müraciətində bəhs olunub.
Karapetyan öz çıxışında iddia edir:
“Əvvəla, dövlətlə kilsə arasındakı münasibətləri elə tənzimləmək lazımdır ki, gələcəkdə kiçik bir qrup belə bu mühüm milli institutun üzərinə hücum edə bilməsin və buna ümid bağlamasın”.
Samvel Karapetyan bu çıxışında kilsəni dövlətin toxunulmaz dayağı kimi göstərir, cəmiyyətin əxlaqi problemlərini “mənəvi qidalanma çatışmazlığı” ilə bağlayır və Erməni Apostol Kilsəsini milli kimliyin əsas rəmzi kimi təqdim edir. Əslində isə onun demək istədiyi budur ki, kilsə həm dövlət, həm də ictimai həyat üzərində daha güclü təsir imkanına sahib olmalı, gələcəkdə siyasi mübarizədə milli həmrəylik və revanşist qüvvələrin toplanma mərkəzinə çevrilməlidir.
Krapetyanın bu pafoslu bəyanatların arxasında dini qayğılardan çox, siyasi məqsədlərin dayandığı aydın görünür. Karapetyan kilsə mövzusunu qabardaraq özünü “milli institutların qoruyucusu” kimi təqdim etməyə çalışır. Paşinyan iqtidarına yaxın eksperltərin fikrincə, bununla o, Ermənistanda mövcud hakimiyyətə qarşı müxalif qüvvələri arxasına almaq istəyir.
Musavat.com
29 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ