Onlayn ictimai-siyasi qəzet
Azərbaycan millisinin əsas kapitanı Emin Mahmudov olacaq.
Bu barədə komandanın baş məşqçisi Fernandu Santuş məlumat verib.
O bildirib ki, ilk “11-lik”də meydana çıxacağı halda komandanın kapitanı da, rəsmi penalti vuranı da Emin Mahmudov olacaq.
Qeyd edək ki, Fernandu Santuş Azərbaycan millisinə baş məşqçi təyin olunandan sonra kapitanlığı Emin Mahmudovdan almışdı. Santuş həmin vaxt “Kapitan həm komandanın daxilində, həm də meydançada özünü bariz şəkildə göstərməlidir. Kapitan bir növ komandada baş məşqçinin sözçüsüdür”, - şərhini vermişdi./Qafqazinfo.az/
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ