Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə gərginliyi daha da artıracaq sensasion iddia yayılıb – İsrailin İrana qarşı hərbi zərbə endirməyə hazırlaşdığı bildirilir.
Musavat.com xəbər verir ki, CNN kanalının məlumatına görə, ABŞ kəşfiyyatı İsrailin İranın nüvə obyektlərinə hücuma hazırlaşdığını göstərən informasiyalar əldə edib.
Bu addım Vaşinqtonun maraqlarına zidd sayıla və bölgədəki vəziyyəti daha da gərginləşdirə bilər. ABŞ administrasiyası Qəzza münaqişəsinin başladığı vaxtdan etibarən bu cür eskalasiyadan qaçmağa çalışır.
Məlumata görə, hələlik hücumla bağlı yekun qərar verilməsə də, son aylarda ehtimal xeyli artıb. İsrail rəhbərliyinin verdiyi bəyanatlar, hərbi təlimlərin intensivləşməsi, qoşun hərəkətləri və əldə edilən kəşfiyyat məlumatları bu ehtimalı gücləndirir.
Mənbələr hesab edir ki, İsrailin bu addımı həm də İrana nüvə məsələsində təzyiq göstərmək məqsədi daşıya bilər.
Musavat.com
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ