İnsanlara hürriyət, millətlərə istiqlal!

“SƏS Azərbaycan”ın qalibi bəlli oldu

İctimai Televiziyada yayımlanan “SƏS Azərbaycan” müsabiqəsinin finalı baş tutub.

Musavat.com xəbər verir ki, Xalq artisti Röya Ayxanın komandasının üzvü Cəmilə Haşımova möhtəşəm çıxışı ilə həm münsifləri, həm də tamaşaçıları valeh edərək yarışmanın qalibi olub. Cəmilə bu qələbə ilə təkcə “SƏS Azərbaycan”ın qalibi statusunu deyil, eyni zamanda 25.000 manatlıq mükafatı da qazanıb.

Səhnədə göz yaşlarını saxlaya bilməyən Cəmilə duyğularını belə ifadə edib:
“Bu mənim ən böyük arzum idi. Röya xanıma sonsuz təşəkkür edirəm. Onun dəstəyi olmasaydı, bura qədər gəlmək mümkün olmazdı.”

Röya Ayxan isə bu anı belə şərh edib:

“Qızım qalib oldu! Bu təkcə onun yox, bütün komandamızın zəfəridir. Səhnəyə inanan hər bir istedada bu qələbə həsr olunur”.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 May 2025

25 May 2025

BÜTÜN XƏBƏRLƏR