İnsanlara hürriyət, millətlərə istiqlal!

Sevgilisini öldürüb özünü 12-ci mərtəbədən atdı - 6 səhifəlik MƏKTUB YAZIB...

Türkiyənin Adana şəhərində baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub. Sevgilisi tərəfindən amansızcasına qətlə yetirilən 23 yaşlı Şevval Çiftçinin ölümü ölkədə rezonans doğurub.

Musavat.com xəbər verir ki, hadisə aprel ayının 19-da saat 20:00 radələrində Adananın Çukurova rayonunun Huzurevləri məhəlləsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.

12'nci kattaki dehşet! Şevval'i öldürdü, ardında bıraktığı not ortaya çıktı - 3

İddialara görə, psixoloji problemləri olduğu bildirilən 31 yaşlı Engin Yüce evində sevgilisi Şevval Çiftçi ilə naməlum səbəbdən mübahisə edib. Mübahisə zamanı Yüce mətbəxdən götürdüyü bıçaqla gənc qıza 10 bıçaq zərbəsi endirərək onu qətlə yetirib. Daha sonra o, yaşadığı binanın 12-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Araşdırma zamanı məlum olub ki, Engin Yüce intihardan əvvəl 6 səhifəlik məktub yazıb. Polisin ələ keçirdiyi məktubda onun psixi durumunun pozulduğu hiss olunub. Yazılarda “Dəli olmaq üzrəyəm, anamı da, özümü də öldürə bilərəm”, “Anam və bacım uzun müddətdir mənimlə oyun oynayır. Anam mənə qarşı sui-qəsd hazırlayıb” kimi ifadələr yer alıb.

Sevgilisini öldürüp intihar etmişti: Mektubu ortaya çıktı - Resim : 1

Hər iki şəxsin meyiti ekspertiza üçün Adana Ədliyyə Tibb Təşkilatına aparılıb. Şevval Çiftçinin cənazəsini almağa gələn anası Sibel Çiftçinin fəryadı ürəkləri dağlayıb. Ekspertizadan sonra gənc qızın nəşinin Kahramanmaraşın Andırın rayonunun Boynuyoğunlu kəndində dəfn ediləcəyi bildirilib.

Qeyd edək ki, qətlə yetirilən Şevval Çiftçinin atası Təyyar Çiftçinin Türkiyə Polis Akademiyasında zabit olaraq çalışdığı da açıqlanıb.

Musavat.com

12'nci kattaki dehşet! Şevval'i öldürdü, ardında bıraktığı not ortaya çıktı - 5

12'nci kattaki dehşet! Şevval'i öldürdü, ardında bıraktığı not ortaya çıktı - 6

12'nci kattaki dehşet! Şevval'i öldürdü, ardında bıraktığı not ortaya çıktı - 2

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR