İnsanlara hürriyət, millətlərə istiqlal!

Slovakiya Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinə yenidən veto qoydu

Slovakiya Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı hazırladığı yeni sanksiyalar paketinə yenidən veto qoyub. Bu barədə Euronews məlumat yayıb.

Musavat.com xəbər verir ki, Brüsseldə Aİ səfirlərinin növbəti görüşündə Rusiyanın maliyyə və enerji sektorlarını – o cümlədən “Şimal axını” layihəsini hədəf alan sanksiyalar paketi təqdim olunub. Lakin Slovakiya bu paketi bloklayaraq onun qəbuluna imkan verməyib.

Bratislavanın bu qərarı birbaşa iqtisadi sanksiyalara qarşı yox, Rusiyadan idxal olunan qaz və neft məhsullarından 2027-ci ilə qədər mərhələli şəkildə tam imtina planına qarşı narazılıqla bağlıdır. Quru ilə əhatələnmiş ölkə olan Slovakiya enerji qiymətlərinin artacağından, rəqabət qabiliyyətinin azalacağından və enerji təhlükəsizliyinin təhdid altına düşəcəyindən ehtiyat edir.

Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, hökumət mümkün iqtisadi itkilər üçün Aİ-dən maliyyə kompensasiyası tələb edir. Onun sözlərinə görə, “Qazprom”la uzunmüddətli müqavilənin vaxtından əvvəl pozulması Slovakiya üçün 20 milyard avroya qədər təzminat tələbi ilə nəticələnə bilər.

Bu qərar Aİ daxilində enerji asılılığı və iqtisadi təhlükəsizlik məsələlərinin hələ də ciddi mübahisə mövzusu olaraq qaldığını göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

09 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR