İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İranda daha bir DƏHŞƏTLİ PARTLAYIŞ - VİDEO

İranda partlayış elektrik stansiyasında deyil, karton istehsalı zavodunda baş verib.

Musavat.com xəbər verir ki, bu barədə "Al-Mayadeen" telekanalı rəsmi iranlı mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, baş verən hadisə elektrik stansiyası ilə deyil, tullantıların toplanması və saxlanması məntəqəsində yerləşən karton istehsalı zavodunda baş verən yanğınla əlaqəlidir.

İran mediasının məlumatına görə, iri miqyaslı yanğın artıq lokallaşdırılıb və hadisə nəticəsində xəsarət alan olmayıb.

****

İranın paytaxtı Tehranın yaxınlığında yerləşən iri sənaye şəhəri Kərəcdə elektrik stansiyasında güclü partlayış baş verib.

Musavat.com xəbər verir ki, hadisə ilə eyni vaxtda Tehranın qərbində 4,0 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 8 kilometr dərinlikdə yerləşib. Hazırda partlayışın səbəbləri və zəlzələ ilə əlaqəsinin olub-olmadığı araşdırılır.

Hadisə nəticəsində mümkün itkilər və ya xəsarət alanlarla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Görüntüləri təqdim edirik:

@@TVmusavat/114335@@

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR