Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Ukrayna Rusiyanın strateji hədəfəflərinə zərbə endirib. “Olenya” aerodromunun yerləşdiyi ərazidə yaşayan insanlara şəhəri tərk etmək qadağan olunub, həmçinin həmin əraziyə giriş də bağlanıb.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Saratov vilayətinin Engels qəsəbəsində PUA təhlükəsinin "qırmızı səviyyəsi" elan edilib.
Məlumatda bildirilir ki, Rusiya prezidenti Vladimir Putin yaxın vaxtlarda hökumət və Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirəcək. Bu, strateji vəziyyətlə bağlı müzakirələr üçün planlaşdırılıb.
İrkutsk vilayətinin qubernatoru təsdiqləyib ki, Srednıy kəndi yaxınlığındakı hərbi obyektə (Belaya aviabazasına) hücum edən kamikadze PUA-lar yük maşınından buraxılıb.
Bundan başqa, Rusiya mediası yazır ki, Kremlin daxilində strateji aviasiya aerodromlarına Ukrayna Silahlı Qüvvələrinin genişmiqyaslı hücumu ilə əlaqədar fövqəladə iclas keçirilir. Mənbələrə görə, “Oresnik” əməliyyatının tətbiq edilməsi barədə qərar veriləcək.
Məlumata görə, Saratovda telefon rabitəsi kəsilib, bu da vəziyyətin nə qədər gərgin olduğunu göstərir. Eyni zamanda, Qara dənizin şimal-qərb hissəsində ABŞ-ın əsas patrul təyyarəsi P-8A-nın kəşfiyyat uçuşu müşahidə edilir.
“Clash Report” nəşrinin məlumatına görə, Ukraynanın bu günkü diversiya əməliyyatı xərclər və vurulan zərər nisbətinə görə demək olar ki, misilsizdir: bir FPV-dronun qiyməti 300-600 dollar arasında dəyişir, halbuki modernləşdirilmiş rus strategiya bombardmançısı "Tu-95MS"in qiyməti 100 milyon dollardan çoxdur.
Musavat.com
03 Iyun 2025
02 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ