İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Türkiyədə təyyarə qəzası baş verib

Musavat.com xəbər verir ki, Eskişehir vilayətinin Sivrihisar bölgəsindən havaya qalxan M20J tipli tək mühərrikli təyyarə Erzurum–Bayburt–Rize sərhədində qəzaya uğrayıb. Təyyarədə pilot Mehmet Demirci və sərnişin Hicran Kaya olub.

Rəsmi məlumatlara görə, qəza sonrası təcili yardım çağırışı edilib və bölgəyə axtarış-xilasetmə qrupları göndərilib. Əməliyyatlara hərbi helikopter və ətraf vilayətlərdən AFAD əməkdaşları da cəlb olunub.

Musavat.com-un əldə etdiyi məlumata əsasən, sərnişin Hicran Kaya qəza sonrası jurnalistə zəng edərək deyib: “Təyyarəmiz dağa çırpıldı. Harada olduğumuzu bilmirik. Kömək edin, ölürük”. 

Pilot Mehmet Demircinin 2008-ci ildən bəri fəal şəkildə uçuşlar həyata keçirdiyi və bu dəfə təkbaşına dünya turuna çıxmaq niyyəti ilə yola düşdüyü bildirilib. O, sərnişini Rizedə endirib sonra səfərinə davam etməyi planlayırmış. Demirci dünya turuna başlamazdan əvvəl jurnalistlərə də açıqlamalar verib.

Axtarış-xilasetmə işləri hazırda da davam etdirilir. 

Screenshot_2.png (406 KB)

***

Musavat.com xəbər verir ki, Türkiyənin Bayburt-Erzurum sərhədində iki nəfərin olduğu M20 J tipli yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Rəsmi mənbələrin yaydığı məlumata görə, hadisə bölgəsində axtarış-xilasetmə işlərinə başlanılıb. Qəzanın səbəbləri hələlik açıqlanmayıb. Təyyarədə olan şəxsləri tapmaq üçün xilasedicilər səfərbər edilib.

Əlavə məlumat verildikcə xəbər yenilənəcək. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

02 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR