İnsanlara hürriyət, millətlərə istiqlal!

SOS: Böyüklər uşaqları döyür - Bağçalara total nəzarət çağırışı

Son vaxtlar uşaq bağçalarında körpələrə zorakılıq halları artıb - psixoloqdan həyəcan təbili

Lənkəranda yerləşən “Kaspi Kids” uşaq bağçasında uşaqlara göstərilən zorakılıqla bağlı sosial şəbəkədə videolar yayılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun verdiyi məlumata görə, həmin məsələ ilə bağlı hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.

“Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizasından keçirilməsi təmin edilib. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur”, - məlumatda deyilir (Uşağa zorakılıq edən müəllimə artıq işdən çıxarılıb).

Bağçada fiziki zorakılığa məruz qalan uşağın atası Fuad Hüseynov bildirib ki, hadisədən bir gün sonra evinə gələrək ona 950 manat pul təklif ediblər:

“Gördüm ki, başında açıq yara var. Müəlliməsi ilə əlaqə saxladıq. Dedi ki, başqa bir uşaq karandaşla vurub. Amma karandaş izi deyildi. Kamera görüntülərini açmağı tələb etdik. Əvvəlcə çəkindilər, təkidlərimizdən sonra görüntüləri açdılar. Kameraya baxanda müəlliməsi dedi ki, ”mən vurmuşam, səhv etmişəm". İddia edirlər ki, guya mən onlardan pul tələb etmişəm. Amma yalandır. Özləri hadisədən bir gün sonra gəlib mənə pul təklif ediblər. Dedilər ki, uşağın aylıq ödənişlərini geri qaytarırlar. Sonra məlumat yaydılar ki, guya uşağı 10 ay pulsuz oxutdurmuşam".

Son vaxtlar özəl uşaq bağçalarında da uşaqlara qarşı zorakılıq, fiziki təzyiq faktlarına rast gəlmək olar. Əvvəllər bu cür yolverilməz hərəkətlər dövlətin uşaq bağçalarında daha çox qeydə alınırdı. Üstəlik, kameralar da yox idi deyə sübut etmək çətin olurdu. İndi isə dövlətin tabeliyindəki uşaq bağçaları ilə yanaşı, özəl tərbiyə ocaqlarında da belə özbaşınalıqlar qeydə alınır.

Hər bir təhsil müəssisəsinin rəhbəri orada həmin qaydalara riayət olunmasına görə məsuliyyət daşıyır. Bundan başqa təhsil müəssisələrinin özünün daxili intizam qaydaları olmalıdır. Hər bir işçinin, o cümlədən təhsilverənlərin həmin etik davranış qaydalarına riayət etməsi onun vəzifə borclarından, öhdəliklərindən biri sayılır. Bu öhdəlikləri yerinə yetirməyən şəxslərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndiylə xitam verilir.

Özəl və dövlət uşaq bağçalarına nəzarəti gücləndirmək üçün daha hansı addımlar atılmalıdır ki, uşaqlar döyülməsin?

İntim Münasibətlərdə Psixalogiyanın Rolu – Psixoloq Ülviyyə Murtuzova -  7Times.Az – Son Xəbərlər, Dünya Xəbərləri və Multimedia

Psixoloq Ülviyyə Murtuzova mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, şiddət uşaq psixologiyasının təməlini birbaşa dağıdan amildir: “İstər psixoloji, istərsə də tibbi baxımdan şiddət son dərəcə təhlükəlidir. Şiddətli zərbə kəllə-beyin travması yarada bilər ki, bu da nevroloji simptomların ortaya çıxmasına, hətta beyin qanaxmasına səbəb ola bilər. Psixoloji baxımdan isə ağır küt alətlə zərbə almaq və ya ardıcıl şiddətli fiziki zorakılıq post-travmatik stress pozuntusuna yol açır. Bu isə gələcəkdə müalicəsi çətin, bəzən isə mümkün olmayan psixoloji problemlərin yaranmasına səbəb ola bilər. Belə halların nəticəsində beynin görmə qabiliyyətinə, ümumi inkişafına, əqli və zehni fəaliyyətinə birbaşa təsir göstərən fəsadlar baş verir. Eləcə də müxtəlif psixoloji pozuntular ortaya çıxır.

Hər dəfə bu cür hadisələr baş verdikdə, məsələyə verilən reaksiyalar yalnız işdən çıxarma ilə yekunlaşır. Amma bu, ən yüngül cəza formasıdır. Belə hallarda müəllimlərə və ya digər məsul şəxslərə real cəza verilmədikcə, onları bu əməldən çəkindirən, məsuliyyət hissi oyadan tədbirlər görülmədikcə, bu hallar artmaqda davam edəcək. Çünki işdən azad olunmaq, əslində, insanın cəzalandırılması deyil, onu müəyyən məsuliyyətdən azad etməkdir."

Diplom verdiyiniz məzunlara savadsız demək onların yox, nazirliyin  ayıbıdır!” – Malvina Amirova

 Malvina Amirova

Ağ Partiya Mərkəzi Aparatının üzvü, ekspert Malvina Amirova da mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib: “Bağçada baş verən hadisə, müəllimənin uşağa fiziki şiddət göstərməsi ilə bağlı görüntüləri izlədikcə məyus oldum. Amma daha da pis olan odur ki, həmin müəlliməni sadəcə işdən çıxarıblar. Bu, kifayət deyil. Uşağa əl qaldırmaq təkcə səhv  hərəkət deyil, bu cinayətdir. Belə hallarda mütləq cinayət işi açılmalı və müəllimə qanun qarşısında cavab verməlidir. Təkcə işdən çıxarılmaqla məsələ bağlana bilməz.

Bu, təkcə bir bağçada baş verən hadisə deyil. Bu, çoxdandır narahatlıq doğuran və mənim dəfələrlə səsləndirdiyim bir problemdir. Mən bir neçə dəfə demişəm və yenə deyirəm: “İstər dövlət bağçalarında, istərsə də özəl bağçalarda işləyən bütün müəllimələr, tərbiyəçilər işə başlamazdan əvvəl psixoloji testdən keçməlidirlər. Uşaqlarla işləmək asan deyil. Bu işdə olan insanın həm səbirli, həm də uşaqlara qarşı sevgi dolu olması vacibdir. Təəssüf ki, bu gün bir çox müəllimə psixoloji testdən keçmədən işə başlayır və nəticədə uşaqlar əziyyət çəkir. Bu son hadisə bir daha göstərdi ki, heç bir tədbir görülmür. Müəllimələrin psixoloji vəziyyəti yoxlanmadan işə götürülməsi çox təhlükəlidir. Bu məsələ ciddi nəzarətə götürülməlidir. Bu cür halların qarşısının alınması üçün bütün müəllimələr psixoloji testdən keçməlidir.  Uşağa şiddət göstərən müəllimələrə qarşı cinayət işi açılmalıdır. Valideynlərə maarifləndirici məlumatlar verilməlidir. Eyni zamanda, bağçalarda kamera sistemi gücləndirilsin və daimi nəzarət olsun. Uşaqlarımız bizim gələcəyimizdir. Onların haqqını qorumaq hamımızın borcudur”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR