İnsanlara hürriyət, millətlərə istiqlal!

“Stalinin başı” satılır! - Razılaşma yolu ilə...

İmişli rayon Ağsaqqallar Şurasının yeni sədri Vahid Tağıyevlə bağlı daha bir maraqlı fakt üzə çıxıb. Onun bir neçə gün öncə, 9 May münasibəti ilə keçirilən tədbirə Bakıdan Stalinin büstünü gətizdirdiyi deyilir. Lakin büstün haradan gətirildiyi müəmma olaraq qalır.

Hazırda nə paytaxt Bakıda, nə də regionlarda "xalqlar atası" İosif Stalinə aid hansısa heykəl, yaxud büst yoxdur. Sovet liderinə məxsus sonuncu heykəl 1999-cu ildə Binəqədi rayon ərzisində yığışdırılıb. Həmin heykəl vaxtilə Bakıda yerləşən Stalin muzeyində sərgilənib.

Maraqlıdır, indi Azərbaycanda Stalinin köhnə heykəl, yaxud büstünü tapmaq olarmı?

“Yeni Sabah” müxtəlif elan saytlarında Stalinə aid heykəltəraşlıq nümunəsinin satılıb-satılmadığını araşdırıb. Məlum oldu ki, elan saytlarında həqiqətən ən azı 2 ədəd “Stalinin başı” satılırmış.

Tap.az saytında yerləşdirilən elanda “Stalinin başı” - büstü cəmi 50 manata satışa çıxarılıb. Məşhur SSRİ rəhbərinin Lalafo.az-da olan büstü isə razılaşma yolu ilə satılır./Yenisabah.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

15 May 2025

BÜTÜN XƏBƏRLƏR