İnsanlara hürriyət, millətlərə istiqlal!

Starlink-in işində qlobal problem: Ukrayna cəbhəsi rabitəsiz qalıb

Bütün dünyada Starlink peyk rabitə sistemində problemlər yaşanmaqdadır.

Musavat.com Downdetector xidmətinin hesabatına əsasən xəbər verir ki, bir sıra ölkələrdə istifadəçilər problemlərdən şikayətlənirlər.

Yarım saat ərzində 50 mindən çox şikayət qeydə alınıb. İstifadəçilərin 60 faizi internetin kəsildiyini, 40 faizi isə rabitənin tamamilə kəsilməsindən şikayətlənir.

Sonrakı müddətdə ABŞ-da təxminən 63 min istifadəçi Starlink-də problem olduğunu bildirib. Böyük uğursuzluqlar Böyük Britaniya, Avstraliya, Meksika, Argentina, Çili və Braziliyada da qeydə alınıb.

Kanadada şikayətlərin sayı 13 mini, Almaniyada isə 11 mini keçib.

Ukraynada isə cəbhə xətti boyu Starlink rabitəsinin tam itməsi baş verib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

26 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR