İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Türkiyə 40 illik fəlakətdən xilas olur - ŞOK QƏRAR

Uzun illərdir Türkiyədə terror fəaliyyəti ilə tanınan PKK təşkilatı 5-7 may tarixləri arasında 12-ci qurultayını təşkil edib. Təşkilatın yaydığı açıqlamada bu tədbir zamanı "əlamətdar qərarların" qəbul olunduğu vurğulanıb.

Musavat.com xəbər verir ki, Türkiyə mətbuatında yer alan məlumatlara görə, qurultaydan bir neçə gün öncə DEM Partiyasının sözçüsü Ayşəgül Doğan çıxış edərək, PKK-nın yaxın zamanda toplantı keçirəcəyini bildirmişdi. O, bu addımın əhəmiyyətinə toxunaraq, bunun növbəti mərhələlər üçün də mühüm rol oynayacağını demişdi.

Qurultayın keçirilməsi barədə məlumat qısa müddət sonra PKK-nın rəsmi kanalları vasitəsilə təsdiqlənib. Bildirilib ki, tədbir iki fərqli platformada və müxtəlif sahələri təmsil edən nümayəndələrin iştirakı ilə reallaşıb.

Təşkilatın yaydığı rəsmi açıqlamaya əsasən, PKK-nın lideri Abdullah Öcalanın qurultaya göndərdiyi mesaj oxunaraq müzakirəyə çıxarılıb. Bununla yanaşı, Mərkəzi Komitənin hesabatı təqdim olunub və qiymətləndirilib. Bu çərçivədə təşkilatın gələcək fəaliyyəti ilə bağlı mühüm qərarların qəbul edildiyi bildirilib.

Qurultay zamanı PKK-nın keçmiş üzvü və təşkilatın siyasi xəttinə təsir göstərmiş şəxslərdən biri olan Sırrı Süreyya Öndər də yad edilib. 

Təşkilatın son açıqlamasında qeyd olunub ki, qurultay nəticələri və qəbul edilmiş qərarlarla bağlı ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Xatırladaq ki, fevralın 27-də Öcalan PKK-nı silahlarını yerə qoymağa və özünü dağıtmağa çağırıb. Bu baxımdan ekspertlər bu prosesi "Türkiyənin 40 illik fəlakətdən qurtuluşunun başlanğıcı" kimi dəyərləndirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 May 2025

BÜTÜN XƏBƏRLƏR