Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İran paytaxtı Tehranda yüzlərlə insan şəhərin mərkəzi meydanlarından birində toplaşaraq, səmanın üzərində baş verənləri müşahidə edir.
Şahidlərin sözlərinə görə, vətəndaşlar havaya baxaraq, İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin İsrailin cavab hücumlarını necə dəf etdiyini izləyirlər.
İran mediasının yaydığı görüntülərdə raketlərin göydə partlaması, səs-küylü müdafiə sistemlərinin işə düşməsi və insanların "Allahu Əkbər" səsləri ilə reaksiyaları yer alıb. Toplaşan insanlar arasında həm təşviş, həm də milli həmrəylik ab-havası hiss olunur.
Hazırda şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib, fövqəladə xidmətlər və ordu vəziyyəti nəzarətdə saxlamağa çalışır.
Rəsmi qurumlar əhalini təmkinli olmağa və dezinformasiyalara uymamağa çağırıb. Gərginliyin artdığı bir vaxtda ictimai yerlərdə belə toplaşmaların təhlükəsizlik baxımından riskli olduğu da bildirilir.
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ