Onlayn ictimai-siyasi qəzet
Hindistanın Ahmedabad şəhərində "Air India" aviaşirkətinə məxsus Boeing 787-8 Dreamliner tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 317 nəfərə çatıb.
Musavat.com xəbər verir ki, bu barədə "The New Indian Express" nəşri şəhər polisinə istinadla məlumat yayıb.
Məlumata görə, təyyarə həkimlər yaşayan yataqxananın üzərinə düşüb. Qəza nəticəsində həm təyyarədə olan sərnişin və ekipaj üzvləri, həm də təyyarənin düşdüyü yerdə olan mülki şəxslər həyatını itirib. Təyyarənin sıx məskunlaşmış yaşayış məntəqəsinə düşməsi faciənin miqyasını daha da artırıb.
Hadisə yerinə fövqəladə halların aradan qaldırılması xidmətləri, xilasedicilər və polis əməkdaşları cəlb olunub. Axtarış-xilasetmə əməliyyatları davam edir.
Hadisənin səbəbləri ilə bağlı araşdırma başladılıb. İlkin versiyalara görə, qəza texniki nasazlıq və ya pilotun idarəetmədəki çətinliyi ilə bağlı ola bilər.
Air India və Hindistan hökuməti yaxın saatlarda əlavə məlumatların paylaşılacağını bildirib.
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ