Onlayn ictimai-siyasi qəzet
Tovuz rayonunda baş verən qətlin bəzi təfərrüatları məlum olub.
Qərb bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Səbuhi Hacızadə bir müddətdir Almaniyada yaşayırmış və dünən axşam Azərbaycana qayıdıb.
Məlumata əsasən, həyat yoldaşı Mətanət Hacızadə ilə aralarında yaranan mübahisə zamanı S.Hacızadə qadının boğaz nahiyəsinə kəsici alətlə xəsarət yetirib.
Cütlüyün üç oğlu var.
Qətl hadisəsini törədən Səbuhi Hacızadə cinayətin motivi barədə özünün "TikTok" səhifəsində video paylaşaraq açıqlama verib.\\Teleqraf.com
Fotoda: Səbuhi Hacızadə
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ