İnsanlara hürriyət, millətlərə istiqlal!

Traktorla velosipedçini vurub öldürdü - Sürücülük vəsiqəsi yox imiş

Göyçay rayonunun Xəlitli kəndində traktorla velosiped sürən kişini vuraraq ölümünə səbəb olan sürücü hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Mürşüd İsmayılov idarə etdiyi traktorla velosipedçi - 1963-cü il təvəllüdlü Soltanov Azad Məhəmmədəli oğlunu vuraraq ölümünə səbəb olub.

Qəzanı törədən Mürşüd İsmayılovun 64 yaşı var və onun idarə etdiyi traktor oğluna məxsus imiş. Sürücülük vəsiqəsi olmayan M. İsmayılovun sonuncu dəfə 1985-ci ildə sürücülük vəsiqəsi olubmuş.

Velosiped sürücüsü olan 61 yaşlı Azad Soltanov traktorla toqquşduqdan sonra yolun kənarındakı kanala düşüb. Onu kanaldan traktorun sürücüsü çıxarıb. Mərhum elektrik işləyirmiş.

İstintaq zamanı təqsirləndirilən şəxslə mərhumun ailəsi arasında barışıq əldə olunub.

Məhkəmənin hökmü ilə Mürşüd İsmayılov 5 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

BÜTÜN XƏBƏRLƏR