İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp arvadının döydüyü Makronu ələ saldı: "Gecə qapını bağla"

ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Briqit Makronun onu təyyarədən çıxarkən üzünə yüngül toxunuş etdiyi görüntülərə münasibət bildirib.

Musavat.com xəbər verir ki, hadisə CNN telekanalının yaydığı məlum video ilə gündəmə gəlib.

Jurnalistlər Trampdan Makronla bağlı ailə münasibətləri haqda fikrini soruşduqda, Tramp bir qədər pauza verərək aşağıdakı zarafatyana məsləhəti verib:

“Qapının bağlı olduğundan əmin ol!”

Bu cavab mediada və sosial şəbəkələrdə sürətlə yayılıb və müxtəlif yumor dolu şərhlərlə müşayiət olunub.

Donald Tramp eyni zamanda bildirib ki, Makron cütlüyü ilə bu məsələ barədə danışıb və hər şeyin qaydasında olduğunu vurğulayıb: “Bu, yaxşı görüntü deyildi. Amma mən onunla danışdım. O yaxşıdır. Onlar yaxşıdırlar. Hər ikisi də doğrudan da yaxşı insanlardır,” – deyə Tramp bildirib.

Qeyd edək ki, hadisə Fransanın bir tədbirindən sonra dövlət başçısı Makronun təyyarədən çıxması zamanı baş verib və sosial mediada sürətlə yayılıb.

Musavat.com xatırlatma üçün həmin videonu təqdim edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR