Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp texnologiya milyarderi İlon Maskla hər hansı bir ünsiyyətə girmək istəmir.
Musavat.com xəbər verir ki, bu barədə "ABC News" öz mənbələrinə istinadən məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, Trampın yaxın ətrafı son aylarda Maskın siyasi və ictimai davranışlarının Ağ Evdə narahatlıq yaratdığını bildirib. Mənbələrin sözlərinə görə, Tramp hesab edir ki, İlon Mask “ağlını itirib” və onunla ciddi bir dialoqun mənası yoxdur.
Bu münasibət Tramp və Mask arasında əvvəlki dövrlərdə mövcud olan münasibətlərin tamamilə dəyişdiyini göstərir. Bir vaxtlar Mask Trampın iqtisadi siyasətlərini dəstəkləmiş və bəzi hallarda müşavir qismində çıxış etmişdi. Lakin son zamanlar Maskın Trampın rəqibləri ilə açıq şəkildə əlaqə qurması və siyasi mövzularda kəskin fikirlər səsləndirməsi münasibətləri gərginləşdirib.
Musavat.com
07 Iyun 2025
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ