İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp yenə Ali Məhkəmədən yardım istədi - SƏBƏB

Donald Tramp administrasiyası Ali Məhkəmədən doğuş hüququna görə vətəndaşlığı məhdudlaşdıran icra sərəncamının konstitusiyaya uyğunluğunu yoxlamağı xahiş edib.

Musavat.com xəbər verir ki, məlumatı CNN yayıb.

Ali Məhkəməyə verilən apellyasiya şikayətində  qeyd olunur ki, “aşağı məhkəmə qərarları prezident və onun administrasiyası üçün vacib olan, sərhəd təhlükəsizliyimizi pozan siyasəti etibarsız edir”: “Bu qərarlar hüquqi əsas olmadan yüz minlərlə uyğunsuz insana Amerika vətəndaşlığı imtiyazı verir”.

Xatırladaq ki, Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra doğum hüququ ilə vətəndaşlığın əldə olunmasını məhdudlaşdıran sərəncam imzalayıb. Bu sərəncam “Amerika vətəndaşlığının mənasını və əhəmiyyətini bərpa etmək” kimi təqdim edilib. O, dövlət qurumlarına uşağın doğulduğu vaxt ABŞ-da qeyri-qanuni olmuş valideynlərin uşaqlarına vətəndaşlıq verməyi qadağan edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR