İnsanlara hürriyət, millətlərə istiqlal!

Tunar efirlərə gec çıxmasının səbəbini açıqladı

Müğənni Tunar Rəhman efirlərə gec-gec çıxmasının səbəbini açıqlayıb.

Bu barədə o, “Tarixin bir günü” verilişində danışıb. 

Tunar deyib ki, qalmaqalı sevmir və efirə dəvət olunduğu insanların kimliyinə önəm verir:

“Ümumiyyətlə, qalmaqallı xoşlamıram. Efirlərə çox dəvət edirlər, sağ olsunlar. Qəbul edirəm, gedirəm, deyirlər ki, filankəs olacaq. Amma efirə gedəndə görürsən ki, studiya insanla doludur. Deyirlər, iki nəfər olacaq, baxırsan 5 nəfərdir, o gəlir, bu gəlir. Ona görə də biz də ancaq sevdiyimiz, bizə xas olan insanalrla efirə çıxırıq”.

Tunar həmçinin mahnı yazdığı ifaçılarla bağlı kriteryalarından söz açıb:

“Məndən kimsə mahnı istəyəndə, oxuduğu janra baxıram. Studiyaya dəvət edirəm, baxırma ki, bizə əziyyət verir. Bir-iki dəfə oxuduruq, işi görüb, yaxşı səviyyəyə gətirsək də, görürük ki, bu insan bzii yoracaq. Allah kömək olsun, istedad versin”.           (Olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

05 May 2025

BÜTÜN XƏBƏRLƏR