İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən Şah İsmayılla bağlı Azərbaycana DAHA BİR ZƏRBƏ: bu dəfə parlament sədri ÇIXIŞ ETDİ və...

Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş tarixdə kürdlərlə türklərin birlikdə böyük zəfərlərə nail olduğunu vurğulayıb və Osmanlı-Səfəvi müharibələrinə diqqət çəkib, Onun sözlərinə görə, “türklər və kürdlər əsrlər boyunca birlikdə, yan-yana, çiyin-çiyinə, qardaş olaraq yaşayıblar.

Məsələn, 1064-cü ildə Anadoluda ilk məscidin tikilməsindən sonra bölgədə İslamı yaymağı məqsəd olaraq görən Səlcuq Sultanı Alparslan Şeybanilərlə və Mərvanilərlə əməkdaşlıq nəticəsində buna nail oldu”.

“Çaldıran döyüşü türk, kürd və ərəblərin ortaq qələbəsidir”. Xatırladaq ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Malazgirt, Çaldıran döyüşləri, İstanbulun fəthi türk, kürd və ərəbin ümumi zəfəridir. Biz bu coğrafiyada müttəfiq olanda böyüdük, gücləndik, dünyaya hökm etdik. Ancaq birliyimiz dağılanda zəiflədik, gerilədik. Türk, kürd və ərəblər birlikdə hərəkət edərlərsə, böyük güc olarlar” , – deyə Ərdoğan vurğulayıb. Qeyd edək ki, Çaldıran döyüşü 1514-cü ildə Səfəvilər dövləti ilə Osmanlı arasında baş verib. Döyüş Osmanlının qələbəsi ilə başa çatıb.

Bu isə Ərdoğanın məlum açıqlamasından sonra ikinci belə fikirdir. Bu, Türkiyə ilə Azərbaycan münasibətlərinə təsir göstərə bilərmi?
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Telman Qasımovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR