İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin ilk yerli uçan avtomobili insanlı uçuşlara başladı - VİDEO

Türkiyədə istehsal edilən və “AirCar” adı verilən ilk yerli uçan avtomobil artıq insanlı uçuşlara start verib.

Musavat.com xəbər verir ki, Kocaeli vilayətində keçirilən sınaq uçuşunda, layihənin inkişaf etdiriciləri bu texnologiyanın real istifadəyə hazır olduğunu sübut ediblər.

Layihə rəhbərlərinin sözlərinə görə, bu sahədə dünyada cəmi beş şirkət fəaliyyət göstərir və Türkiyə həmin beşliyin içində yer alır:

“Bu alanda dünyada sadəcə 5 firma var və onlardan biri bizik,” – deyə mütəxəssislər vurğulayıb.

İki fərqli model üzərində sınaqlar keçirən türk mühəndisləri, artıq hər iki vasitə ilə insanlı uçuşlara başladıq deyə açıqlayıblar.

Şirkət nümayəndələrinin bildirdiyinə görə, “AirCar”ın İstanbul Boğazı kimi şəhər içi hava marşrutlarında istifadəsi planlaşdırılır:

“İstanbul Boğazı rotası “AirCar” üçün çox uyğundur. Hündürlüyə çox çıxmadan, bir sahildən digər sahilə keçidlər mümkün olacaq. Hətta adalara servis xidməti də göstərilə bilər,” – deyə qeyd olunub.

Bununla yanaşı, Türkiyənin çətin keçilən bölgələrinə həm yük, həm də insan daşımalarının həyata keçirilməsi də yaxın gələcəkdə nəzərdə tutulur.

Bu texnoloji nailiyyət Türkiyənin innovativ nəqliyyat vasitələri sahəsində qlobal bazarda ön sıralarda yer almaq potensialını nümayiş etdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR