Onlayn ictimai-siyasi qəzet
Moskva vilayəti yenidən dron hücumlarının hədəfi olub.
Musavat.com xəbər verir ki, yerli teleqram kanallarının məlumatına görə, Serqiyev Posad şəhərində azı doqquz partlayış baş verib.
Eyni zamanda, Ukrayna mənbələri yaxınlıqdakı Krasnozavodsk şəhərində yerləşən kimya zavoduna hücum edildiyini yazır. Yerli sakinlər burada da yeddi partlayış səsi eşitdiklərini bildiriblər.
Hadisə ilə bağlı rəsmi orqanlar hələlik açıqlama verməyiblər. Hücumun dəqiq nəticələri və itkilər barədə məlumat gözlənilir. Rusiyanın mərkəz ərazisində son zamanlar bu kimi dron hücumları intensiv xarakter alıb.
Musavat.com
08 Iyul 2025
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ