Onlayn ictimai-siyasi qəzet
Ukrayna kəşfiyyatı Rusiya ordusuna daha bir zərbə vurduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) məlumatına görə, avqustun 20-də Qara dənizin işğal altındakı Dəmir Liman (Jelezny Port) bölgəsində Rusiya hərbi kateri məhv edilib.
Məlumatda qeyd olunur ki, gəmiyə havadan raket zərbəsi endirilib və əməliyyat pilotsuz uçuş aparatının dəstəyi ilə həyata keçirilib.
Nəticədə kater tamamilə sıradan çıxıb, heyətin beş üzvü həlak olub.
Musavat.com
21 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ