İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna: NATO-ya qəbul olunmadan hərbi imkanlara məhdudiyyət qoyulmayacaq

Rəsmi Kiyev ölkənin müdafiə qabiliyyətinin məhdudlaşdırılmasına yalnız bir halda razı ola bilər – əgər Ukrayna NATO-ya tamhüquqlu üzv qəbul olunarsa.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy açıqlama verib.

Diplomat bildirib ki, bu məsələ Ukrayna üçün prinsipial xarakter daşıyır: “Əgər NATO-ya daxil edilməyəcəyiksə, biz özümüzü zəiflətməyə razı olmayacağıq”. Onun sözlərinə görə, Ukraynanın alyansa qəbulu ətrafında aparılan danışıqlar artıq “çox toksik” müstəviyə keçib və hər yeni raund eyni mövzuların təkrarından ibarətdir.

Tixiy vurğulayıb ki, Ukrayna indiki təhlükəli geosiyasi şəraitdə özünü qorumaq hüququnu saxlayır və hərbi imkanlarından könüllü şəkildə imtina etməyəcək. NATO ilə inteqrasiya isə bu hüququn beynəlxalq zəmanətlə möhkəmləndirilməsi demək olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR