Onlayn ictimai-siyasi qəzet
Ukrayna nümayəndə heyətinin rəhbəri, müdafiə naziri Rüstem Umerov artıq İstanbula çatıb.
Musavat.com xəbər verir ki, onun gəlişi Ukrayna ilə Rusiya arasında bu gün keçiriləcək yeni danışıqlar raundu çərçivəsində baş tutub.
Umerovu İstanbulda Ukraynanın Türkiyədəki səfiri Nariman Celal qarşılayıb. Bu barədə məlumatı Ukrayna mediası – Novini.Live yayıb.
Qeyd edək ki, danışıqlar Çırağan sarayında baş tutacaq və görüşə Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edəcək.
Danışıqların gündəliyinə humanitar məsələlər, hərbi gərginlik zonaları və mümkün atəşkəs mexanizmləri daxil ola bilər. Tərəflərin müzakirələri ilə bağlı əlavə detallar gözlənilir.
Musavat.com
04 Iyun 2025
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ