Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələri ilə Ukrayna Təhlükəsizlik Xidməti birgə əməliyyatla Rusiya ordusuna məxsus “İskəndər” operativ-taktiki raket komplekslərini hədəfə alıb.
Musavat.com xəbər verir ki, Rusiyanın Bryansk vilayətinin Klinets şəhəri yaxınlığında yerləşən 26-cı raket briqadasının bölməsi Ukraynanın yaşayış məntəqələrindən birinə, ehtimal ki, Kiyevə raket zərbəsi endirməyə çalışıb. Lakin hücum uğursuz alınıb.
Ukrayna qüvvələrinin cavab zərbəsi nəticəsində Rusiyaya məxsus bir raket buraxılış qurğusu partlayıb, daha iki qurğunun isə ciddi zədələndiyi ehtimal olunur.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ