Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya paytaxtında vəziyyət gərgindir.
Ukraynanın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar səbəbilə Moskva hava limanlarında 400-dən çox reys ləğv edilib, 100 mindən çox sərnişin isə uzunmüddətli gecikmələrdən əziyyət çəkir. Rusiyadakı sosial şəbəkə səhifələrinin məlumatına görə, bu ləğvlər və gecikmələr Ukraynanın aviasiya təhlükəsizliyinə yönəlik hədəflənmiş təzyiq kampaniyasının nəticəsidir.
Erməni mediası biıdirir ki, Moskva–İrəvan aviareysləri arasında artıq 5 reys ləğv edilib. , Ermənistandakı “Zvartnots” hava limanının məlumatına əsasən, Domodedovo və Şeremetyevodan İrəvana olan reyslər ləğv olunub, Vnukovodan olan bir reys isə gecikib. Eyni zamanda, İrəvandan Moskvaya olan iki reys də təxirə salınıb.
Moskva parad üçün hazırlanır, amma…
Hazırkı vəziyyət daha geniş bir mənzərəni ortaya qoyur. Rusiya hazırda 9 May Qələbə Paradı üçün hazırlıqlarla məşğuldur və dünyanın bir çox ölkəsindən qonaqlar dəvət olunub. Lakin belə görünür ki, hava məkanının təhlükəsizliyi təmin olunmadan bu cür beynəlxalq tədbirin keçirilməsi sual altına düşür.
Azərbaycan Prezidenti İlham Əliyevin bu il Moskvaya getməməsi də geosiyasi gərginliklər və təhlükəsizliklə bağlı risklər fonunda dəyərləndirilə bilər. Bəzi təhlilçilər bu gedişatdan belə nəticə çıxarır ki, bir sıra digər liderlər də Moskva səfərindən imtina edə bilər.
Ukraynanın bu addımı bəzi müşahidəçilər tərəfindən Putinin Qələbə Paradını iflasa uğratmaq strategiyasının uğurlu mərhələsi kimi qiymətləndirilir. Əgər parad günündə də bu cür hava hücumları və reys ləğvləri davam etsə, Putinin hərbi şousu böyük imic zərbəsi ala bilər.
Rusiya rəhbərliyinin bu fonda paradı necə keçirmək istədiyi, təhlükəsizlik tədbirlərini necə təmin edəcəyi və beynəlxalq ictimaiyyətin buna necə reaksiya verəcəyi qarşıdakı günlərdə aydınlaşacaq.
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ