Onlayn ictimai-siyasi qəzet
Əməkdar jurnalist Valeh Məhərrəmli vəfat edib.
Bu barədə Musavat.com-a Mətbuat Şurasından bildirilib.
“Şuranın İdarə Heyətinin üzvləri “Səs” qəzetinin veteran yazarı Valeh Məhərrəmlinin vəfatından kədərləndiklərini bildirir, mərhumun doğmalarına və yaxınlarına, həmkarlarına dərin hüznlə başsağlığı verirlər”, - məlumatda bildirilir.
V.Məhərrəmli 1952-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1991-ci ildə “Səs” qəzeti yarandığı gündən nəşrdə çalışıb, tərcüməçi, müxbir, məsul katib və baş redaktorun müavini kimi məsul vəzifələr tutub. Onun çoxillik əməyi “Tərəqqi” medalına və Əməkdar jurnalist fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!
06 May 2025
03:06 Genetik kodlarla yazılmış talelər: Qohum evlilikləri ilə bağlı sərt tədbir görülməsi vacibdir?
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ