İnsanlara hürriyət, millətlərə istiqlal!

Varşavada azərbaycanlı kuryer yaşlı mühafizəçini döydü – saxlanıldı – VİDEO

Polşanın paytaxtı Varşavada baş verən hadisə ictimaiyyətdə geniş rezonans doğurub.

Musavat.com xəbər verir ki, şəhərin Oхota (Oxota) rayonunda, al. Bohaterów Września 18 ünvanında (Qəhrəmanlar Sentyabrı prospekti 18) azərbaycanlı olduğu bildirilən bir kuryer yaşlı binanın mühafizəçisinə vəhşicəsinə hücum edib.

Hadisə iyunun 26-da günorta saatlarında baş verib. Şahidlərin sözlərinə görə, kuryer sifariş çatdırmaq məqsədilə avtomobilini qadağan olunmuş yerdə saxlayıb. Binanın yaşlı mühafizəçisi ondan nəzakətlə avtomobili başqa yerə çəkməyi xahiş edib. Kuryer əvvəlcə bu istəyi qulaqardına vurub, lakin mühafizəçi polis çağıracağını bildirdikdən sonra vəziyyət qəfil gərginləşib.

Kuryer mühafizəçiyə bir neçə dəfə zərbə endirib, onu yerə yıxıb və təpiklə vurmağa davam edib. Hətta bıçağa bənzər bir əşya çıxarmağa cəhd göstərsə də, mühafizəçi təhlükəli vəziyyətdən qaçmağı bacarıb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım qrupları zərərçəkmişə yerində yardım göstəriblər. Onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac duyulmayıb.

Varşava şəhər polisinin yaydığı məlumata görə, müşahidə kameralarının görüntüləri əsasında aparılan araşdırma nəticəsində hücum edən şəxsin kimliyi müəyyənləşdirilib və iyunun 27-si səhər saatlarında şübhəli şəxs saxlanılıb. Onun 45 yaşlı Azərbaycan vətəndaşı olduğu açıqlanıb. Hazırda istintaq tədbirləri davam edir.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə Müsəlman Mədəniyyəti Mərkəzi də fəaliyyət göstərir. Yerli sakinlər hadisədən sonra özlərini daha az təhlükəsiz hiss etdiklərini bildiriblər.

“Mühafizəçi sadəcə olaraq maşını çəkməyi xahiş etmişdi. Heç kim bu qədər aqressiv reaksiya gözləmirdi,” – deyə ərazidə yaşayan sakinlərdən biri bildirib.

Polşa mediası Azərbaycan vətəndaşı olduğu iddia edilən şəxsin ad və soyadını hələlik açıqlamayıb.

Hadisənin görüntüsünü təqdim edirik:

Xəbərin ORİJİNALI BURADAThe-Warsaw.pl

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR