Onlayn ictimai-siyasi qəzet
Vaşinqtonda Yəhudi Muzeyi qarşısında atışma nəticəsində iki nəfər həlak olub.
Musavat.com ABC News-a istinadən xəbər verir ki, ölənlərdən biri İsrailin ABŞ-dakı səfirliyinin əməkdaşıdır.
ABC telekanalının məlumatına görə, atışma şəhərin yerli FTB ofisi və ABŞ prokurorluğunun da yaxınlığında yerləşən şimal-qərb hissəsində baş verib.
NBC Washington-un mənbələrinə görə, FTB-nin Terrorla Mübarizə üzrə Birgə İşçi Qrupu D.C. Polis Departamentindən bir qədər aralıda olan hadisə yerinə göndərilib.
İsrailin BMT-dəki səfiri Denni Danon atışma ilə bağlı ilk rəsmi açıqlamanı verib: "Vaşinqtondakı Yəhudi Muzeyində keçirilən tədbirdən kənarda İsrail səfirliyi əməkdaşlarının da yaralandığı atışma antisemitizm terror aktıdır. Diplomatlara və yəhudi icmasına zərər vermək qırmızı xətti keçməkdir. Əminik ki, ABŞ rəsmiləri İsrailə qarşı bu cinayət əməlini törədənlərə qarşı sərt addımlar atacaqlar. İsrail öz vətəndaşlarını və nümayəndələrini dünyanın istənilən yerində qətiyyətlə müdafiə etməyə davam edəcək”.
Musavat.com
22 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ