Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası Wall Street Journal (WSJ) jurnalistlərini Şotlandiyaya səfər üçün yaradılmış prezident mətbuat qrupundan çıxarıb.
Musavat.com xəbər verir ki, məlumatı “Politico”ya Ağ Evin mətbuat katibi Karolin Levitt təsdiqləyib: “Wall Street Journal-ın yalan və böhtan xarakterli hərəkətlərinə görə, onlar prezident təyyarəsinin göyərtəsində olacaq 13 media orqanı arasında olmayacaqlar”.
ABŞ prezidenti Donald Trampın Şotlandiyaya səfəri iyulun 25-29-na planlaşdırılıb.
Xatırladaq ki, iyulun əvvəlində Tramp media maqnatı Rupert Merdoka və onun təsis etdiyi və WSJ-nin sahibi olduğu News Corporation holdinqinə qarşı məhkəmə iddiası qaldırıb. Təqsirləndirilənlər arasında həmçinin Trampın azyaşlılara təcavüz etməkdə ittiham olunan amerikalı maliyyəçi Ceffri Epsteynə çılpaq qadın rəsmli məktub yazması ilə bağlı məqalənin iki müəllifi də var. Dövlət başçısı Merdokdan nüfuzuna dəyən ziyana görə 10 milyard dollar təzminat tələb edir.
Musavat.com
22 Iyul 2025
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ