İnsanlara hürriyət, millətlərə istiqlal!

Xamenei: İran İsrail və ABŞ üzərində qələbə qazandı

İranın ali lideri ayətullah Əli Xamenei İsraillə münaqişədə qələbə münasibətilə İran xalqını təbrik edib.

Bu barədə ali liderin mətbuat xidməti paylaşım edib.

O qeyd edib ki, İran ABŞ-ni də məğlub edib.

"ABŞ İranla müharibədə heç bir nəticə əldə etmədi. ABŞ İranla müharibəyə girdi, çünki Tehranla münaqişənin davam edəcəyi təqdirdə İsrailin tamamilə məhvə məhkum olduğunu anladı", - Xamenei qeyd edib.

Qeyd edək ki, iyunun 24-də İranın Ali Milli Təhlükəsizlik Şurası ölkənin İsraillə müharibədə qalib gəldiyini elan edib./Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR