Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib ki, Azərbaycanın İrandakı və İsraildəki səfirlikləri, eləcə də Təbrizdəki baş konsulluğu normal rejimdə fəaliyyətini davam etdirir. O, qeyd edib ki, İsrail və İran arasında baş verən qarşılıqlı hücumlar nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması və ya yaralanması ilə bağlı heç bir məlumat daxil olmayıb.
Musavat.com bildirir ki, məlumdur ki, həm İsraildə, həm də İranda yüzlərlə Azərbaycan vətəndaşı yaşayır. Müharibə başlamazdan əvvəl Azərbaycan vətəndaşları hava nəqliyyatı vasitəsilə mütəmadi olaraq Təbriz və Tehrana səfər edirdilər. Hazırda rəsmi məlumatlara əsasən, yalnız İranda 600-dən çox Azərbaycan vətəndaşı mövcuddur. Eyni zamanda, İsraildə də Azərbaycan vətəndaşlığını saxlayan soydaşlarımız yaşayır.
Bu baxımdan Xarici İşlər Nazirliyinin verdiyi açıqlama xüsusilə önəmlidir və bu gün cəmiyyətdə yaranmış narahatlığa aydınlıq gətirir.
Musavat.com
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ