İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan və Paşinyan bu gün İstanbulda görüşəcək – Dolmabaxça ofisində danışıqlar gözlənilir

Musavat.com xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Türkiyəyə rəsmi səfər edib. O, İstanbul hava limanında Türkiyə tərəfindən fəxri qarovul və yüksək səviyyəli protokolla qarşılanıb. Paşinyan Ermənistan dövlətinə məxsus xüsusi təyyarə ilə Türkiyəyə gəlib.

Görüşün əsas hissəsi bu gün – iyunun 20-də İrəvan vaxtı ilə saat 19:00-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulun Dolmabaxça ofisində baş tutacaq. Bu barədə RİA Novosti agentliyi, Türkiyə Prezident Administrasiyasının yaydığı rəsmi qrafikə istinadla məlumat yayıb.

Ermənistan hökumət nümayəndə heyəti ilə birgə səfər edən Paşinyanın Türkiyə ilə münasibətlərin normallaşdırılması, regional kommunikasiyaların açılması, iqtisadi əməkdaşlıq və sərhədlərin tam bərpası kimi məsələləri gündəmə gətirəcəyi gözlənilir. Tərəflərin həmçinin Ermənistan-Azərbaycan normallaşma prosesi və Cənubi Qafqazda davamlı sülh imkanlarını müzakirə etməsi istisna edilmir.

Qeyd edək ki, bu, Paşinyanın Türkiyəyə etdiyi sayca ilk rəsmi dövlət səfəridir və ikitərəfli münasibətlər baxımından mühüm əhəmiyyət daşıyır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR