İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın bayrağı Kişinyovdakı konqresdə bayraqlar sırasından çıxarılıb

Kişinyovda keçirilən ümumdünya üzüm və şərab konqresində qalmaqal yaşanıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, konfrans otağına daxil olan Ukrayna nümayəndə heyəti tədbirdə iştirak edən 51 ölkənin bayraqları cərgəsində Rusiya bayrağını görüb. Ukraynanın Moldova səfirliyi beynəlxalq forumda Rusiyadan olan nümayəndələrin iştirakını və dövlət rəmzlərinin nümayişini “qəbuledilməz və alçaldıcı” adlandırıb.

Bundan sonra Rusiya bayrağı götürülərək zaldan çıxarılıb, Rusiya nümayəndə heyəti ixtisara salınıb, Moldovanın kənd təsərrüfatı naziri Lyudmila Katlabuqa isə ölkə hakimiyyəti adından Ukrayna nümayəndələrindən “hadisəyə görə” üzr istəyib.

Kişinyovda keçirilən dünya konqresində 51 ölkədən nümayəndə heyəti iştirak edir. Onların hamısı Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OIV) üzvləridir. Təşkilatçılar rəyasət heyətinin yerləşdiyi səhnədə bütün iştirakçı ölkələrin bayraqlarını nümayiş etdiriblər. Tədbirə Rusiyadan nümayəndə heyəti dəvət olunduğu üçün bu ölkənin bayrağı da digər ölkələrin bayraqlarının sırasında olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR