İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın Şərqdəki gərginlik fonunda gündəlik 110 əlavə uçuş Azərbaycan üzərindən keçib

İyunun 13-23-ü tarixlərində Azərbaycan hava məkanında ümumilikdə 10 838 uçuş qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bunu "Azerbaijan Airlines" QSC-nin (AZAL) "Azəraeronaviqasiya" (AZANS) Hava Hərəkəti İdarəsinin (HHİ) direktoru Fərhan Quliyev CANSO-nun (Mülki Aviasiya Aeronaviqasiya Xidməti Təşkilatı) rəsmi platformasında dərc olunmuş məqaləsində bildirib.

"Bu uçuşların 8 207-si tranzit xarakter daşıyıb və regionda hava məkanlarının müvəqqəti bağlanması nəticəsində gündəlik orta hesabla 110 əlavə uçuş məhz Azərbaycan üzərindən həyata keçirilib" , - deyə o vurğulayıb.

Məqalədə deyilir ki, 2025-ci ilin iyununda Yaxın Şərqdə artan geosiyasi gərginlik səbəbilə İran, İsrail və bir sıra qonşu ölkələrin hava məkanları bağlanıb. Bu vəziyyət Avropa və Asiya arasında reys həyata keçirən beynəlxalq aviadaşıyıcıları marşrut seçimlərini yenidən dəyərləndirməyə vadar edib.

Quliyevin sözlərinə görə, AZANS bu böhrana çevik reaksiya verib və şimala yönləndirilmiş yüzlərlə uçuşu qəbul etməklə əməliyyat davamlılığını təmin edib.

Hazırda 200-dən çox beynəlxalq aviaşirkət Azərbaycan hava məkanından müntəzəm istifadə edir. Quliyevin sözlərinə görə, təkcə 2024-cü ildə bu marşrutlar vasitəsilə təxminən 50 milyon sərnişin daşınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR